ŞIRKƏT HAQQINDA

2017-dən indiyədək sizinlə

AGİT MMC 2017-ci ildən etibarən Azərbaycanın informasiya texnologiyaları bazarında fəaliyyətə başlamışdır. Yarandığı ilk gündən əsas dəyərin, Tərəfdaş və Müştəri məmnuniyyətinin qazanılmasını özünə hədəf seçmişdir. Bu illər ərzində Sizlərin inamı və dəstəyi sayəsində şirkətimiz həm tərəfdaşlar arasında həm də müştəriləri ilə əməkdaşlıq sahəsində ciddi təcrübə əldə etmişdir. Bu gündə təcrübəsini və xidmətini Sizlərlə bölüşməkdən məmnun və qürurludur.